İrəvandakı etirazlar tədricən sönür - Arutyunyan

Ermənistan Baş nazirinin aparat rəhbəri Araik Arutyunyan bildirib ki, İrəvandakı etiraz hərəkatı tədricən sönür.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Arutyunyan qeyd edib ki, etirazçılar bu və ya digər nazirliyin binası yaxınlığında təhdid, eləcə də vəziyyəti gərginləşdirməyə davam edərlərsə, hakimiyyət dialoqa getməyəcək:

“Biz heç də küçə aksiyalarının əleyhinə deyilik. Gördünüz ki, hakimiyyətimiz dövründə küçədə çoxlu siyasi proseslər gedib. Amma qanun pozuntuları baş verəndə müvafiq qurumlar reaksiya verir”.