Orban: Tramp ABŞ Prezidenti olsaydı, Ukraynada bir günə atəşkəsə nail olardı

Donald Tramp ABŞ-nin Prezidenti olsaydı, Ukraynada bir gün ərzində atəşkəsə nail olub, danışıqlar prosesini başlayardı.
APA xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban “Il Giornale”a müsahibəsində bildirib.
O deyib ki, Avropa İttifaqının bu münaqişədəki strategiyası hətta taktiki cəhətdən belə iflasa uğrayıb:
“Biz başa düşməliyik ki, odla oynayırıq. Vətəndaşlarımız siyasi oyuna çevrilən müharibə yox, yalnız sülh istəyir”, – Orban fikirlərini yekunlaşdırıb.