ABŞ Konqresində Gürcüstanla bağlı dinləmə keçiriləcək

Bu gün ABŞ Konqresində Gürcüstanla bağlı dinləmə keçiriləcək.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, Helsinki Komissiyasının təşəbbüsü ilə keçirilən dinləmədə Gürcüstanda cari vəziyyət və ötən gün qüvvəyə minən “Xarici təsirin şəffaflığı haqqında” qanun müzakirə ediləcək. Dinləmədə müxtəlif diplomatlar konqresmenlərə Gürcüstanda hazırki vəziyyət və qanunun gözlənilən nəticələri ilə bağlı detallı məlumat verəcəklər.

Qeyd edək ki, ABŞ qanun layihəsi ilə bağlı gürcüstanlı deputatlara və polis zabitlərinə sanksiyalar tətbiq ediləcəyini açıqlayıb.