Kobaxidze: Gürcüstanda inqilab təşkil etməyin qeyri-mümkün olduğunu hər kəs gördü

Gürcüstanda inqilab təşkil etməyin qeyri-mümkün olduğunu hər kəs gördü.
Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.
Hökumət başçısı Gürcüstanın stabil qalacağını, ölkədə sülhün qorunub saxlanılacağını vurğulayıb.

O, bir çoxlarının Gürcüstanda sülhün pozulmasına çalışdığını, lakin hökumətin buna imkan verməyəcəyini əlavə edib.

İrakli Kobaxidze sanksiyalarla bağlı bəyanatları isə qeyri-ciddi və qeyri-məhsuldar adlandırıb: “Sanksiyalarla bağlı söhbətlər bizim üçün qeyri-ciddidir. Bununla bağlı kim bəyanat verirsə, qeyri-ciddidir və bu, qeyri-məhsuldardır”.

Baş nazir “xarici təsir” qanununun qəbul edilməsinə görə deputatlara sanksiyaların tətbiq edilməsi ilə bağlı bildiriş emaillərinin göndərilməsini yalan adlandırıb.