Bayden: Bu miqrantlara sığınacaq verilməyəcək

ABŞ Prezidenti Co Bayden ölkəsinin cənub sərhədini qanunsuz keçən miqrantlara sığınacaq verilməsini qadağan edib.

Axar.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Bu qərarın müvəqqəti xarakter daşıdığı bildirilib.

Məhdudiyyətlər ABŞ-nin Meksika ilə sərhədində miqrant axınının limiti keçdiyi dövrlərə şamil ediləcək.