Hakan Fidan Sincan-Uyğur bölgəsində - Foto

Xəbər verdiyimiz kimi, Türkiyə xarici işlər naziri Hakan Fidan Çinə üç günlük səfər edib.
Axar.az xəbər verir ki, Fidan səfər çərçivəsində Çin Xalq Respublikasının Sincan-Uyğur Muxtar Bölgəsinin paytaxtı Urumçi şəhərindəki Yanhang məscidi və Beynəlxalq Böyük Bazarı ziyarət edib.

Qeyd edək ki, Hakan Fidan dünən verdiyi açıqlamada Urumçi və Kaşğarın Çin mədəniyyətinə böyük töhfələr verən qədim türk-müsəlman şəhərləri olduğunu vurğulayıb.

Səfər 2012-ci ildən bəri Türkiyədən bölgəyə edilən ən yüksək səviyyəli səfərdir.