Baş nazir: Gürcüstanda “Maydan”ın qarşısının alınması üçün hər şeyi edəcəyik

Biz Gürcüstanda “Maydan”ın və ölkənin ukraynalaşdırılmasının qarşısının alınması üçün hər şeyi edəcəyik.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.
“Bizə davamlı olaraq “Maydan” xatırladılır. Mən sizə “Maydan”ın Ukraynaya nə gətirdiyini xatırlatmaq istəyirəm… Bundan əvvəl Ukrayna iqtisadiyyatı yüksəlişdə olan ölkə idi. Bu gün ölkə məhv edilib, iqtisadiyyat pis haldadır, Rusiya onun ərazisinin 20 faizini işğal edib, on minlərlə insan ölüb… Biz ölkəmizdə ikinci cəbhənin açılmasına icazə verməyəcəyik”, - Baş nazir qeyd edib.