Erməni diasporu və müxalifəti Azərbaycana qarşı daha bir həmləyə hazırlaşır.
Bu barədə “Joxovurd” qəzeti yazıb.
Bildirilib ki, Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın rəhbərlik etdiyi komissiya yenidən Avropaya yola düşüb. Qəzet Oskanyanın Qarabağ xalqının haqlarının müdafiəsi komissiyasına rəhbərlik etdiyini bildirib. Oskanyanın Avropada xüsusilə Qarabağ ermənilərinin Qarabağa qayıtması üçün beynəlxalq zəmanətlər almağa çalışacağı vurğulanıb. Bununla belə, onun bu zəmanətlər üçün kimlərlə görüşəcəyi hələlik açıqlanmayıb.
Oskanyanla Avropaya Daşnaksütyun Avropa ofisinin rəhbəri Qaspar Karapetyan, eyni partiyadan Mario Nalbandyan, qondarma Qarabağ rejiminin keçmiş ombudsmanı Geqam Stepanyan, Serjik Sərkisyanın partiyasından Karen Bekaryan yollanıb.
Oskanyanın fikirlərinə münasibət bildirən politoloq Tofiq Abbasov “Sherg.az”a vurğulayıb ki, Ermənistandakı vəziyyət müxalifətin düşündüyü qədər inqilabi şəraiti xatırladır:
“Əslində isə belə deyil. Baqrat Qalstanyanın Tavuş uğrundakı addımları qondarma hərəkatdır. Bunun arxasında Erməni Apostol Kilsəsinin izi görünür. Yəni ll Qaragen bilavasitə bu məsələlərin hər birini istiqamətləndirir. Qarabağ klanının rəhbərləri Robert Köçəryan və Serj Sarkisyan da həmin söhbətlərə qatılıblar. Çünki bu onların təşəbbüsü ələ keçirmək üçün son imkanlarıdır. 2026-ci ildə Ermənistanda növbəti parlament seçkiləri olmalıdır. Ermənistanın parlament respubilikası olduğunu və ölkənin birinci şəxsinin baş nazir sayıldığını bilirik. Prezidentin isə səlahiyyətləri nisbətən məhduddur. Ona görə də meydanda olan qüvvələr çalışır ki, 2020-ci ilə Qarabağ kartından istifadə etməklə hakimiyyəti ələ keçirsinlər. Baqrat Qalstanyanın atdığı addımlar təsadüfi deyil. Onlar insanları maksimum dərəcə prosesə cəlb etmək üçün çalışırlar. Çünki hakimiyyətin çevrilişini reallaşdırmaq üçün heç olmasa 100 000 adam lazımdır. Ancaq onlar 20-25 min ətraflarına adam toplaya bilirlər. Əksəriyyət doğrudan da Paşinyanın tərəfindədir. Cəmiyyət uzunmüddətli qarşıdurmadan kifayət qədər yorulub. Qarabağ klanı haqqında xalq heç nə eşitmək istəmir. Vardan Oskanyan isə bunların proseslərdəki əsas lokomotiv qüvvəsidir. Oskanyan tez-tez mətbuata çıxışlarında indiki hakimiyyəti satqınlıqda ittiham edir. Sözügedən şəxslər vaxtın onların zərərinə işlədiyi görür. Buna görə də tezliklə Qarabağ kartından istifafə etməyə cəhd edirlər. II Qaragenin şəxsi nüfuzu yoxdur və cəlladın biridir. Eyni zamanda, həmcinslərin inkişafına şərait yaradan idbar adamdır. İnsanlar başa düşdülər ki, kilsə ötən on illiklər ərzində siyasi funksiyaları üzərlərinə götürməklə erməni xalqını aldadıb”.
Qeyd edək ki, Oskanyan Paşinyan administrasiyasının əsas əleyhdarlarından biri sayılır. Onun Ermənistanla yanaşı diaspor daxilində kifayət qədər nüfuzu var. Keçmiş XİN rəhbəri bir çox hallarda diasporun adından danışmağa üstünlük verir.