Analitik: Türkiyənin Ermənistana tələblər qoymaqda ittiham edilməsi gülüncdür

Erməni politoloq Stepan Danielyan deyib ki, Xarici işlər naziri Ararat Mirzoyanın Türkiyənin Ermənistana qarşı heç bir tələbinin olmaması ilə bağlı fikirləri doğru deyil.
“Ararat Mirzoyan yalan danışır. Türkiyə manipulyasiya edir və Mirzoyan da bunu yaxşı başa düşür. Türkiyə prezidenti və digər dövlət rəsmiləri dəfələrlə bəyan ediblər ki, onlar Azərbaycanın irəli sürdüyü bütün tələblərlə razılaşırlar və rəsmi Bakının şərtləri daxilində sülhə tərəfdardırlar. Ermənistan konstitusiyasının dəyişdirilməsi, dəhliz yaradılması və digər bu kimi məsələlər Türkiyənin irəli sürdüyü tələblərdir”, – deyə Danielyan vurğulayıb. 

Politoloq Əhəd Məmmədli "Sherg.az" açıqlamasında bildirib ki, erməni politoloqun Türkiyəni Ermənistana tələblər qoymaqla ittiham etməsi gülüncdür:
"Ermənistan müstəqilliyini əldə etdikdən bəri Türkiyəyə qarşı həm ərazi, həm də qondarma genosid iddiaları səsləndirib. Hətta ermənilərin gerblerində Türkiyənin ərazisində yerləşən Ağrı dağı əks olunub. Bundan başqa Ermənistan konstitusiyasında Azərbaycan və bir neçə dövlətə ərazi iddiaları var. Bu səbəbdən uzun illərdir rəsmi İrəvanın Bakı və Ankara ilə münasibətləri gərgindir".

Analitik əlavə edib ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Türkiyənin Ermənistana qarşı iddiları yoxdur:
"İrəvan-Ankra münasibətlərinin gərginləşməsindəki əsas səbəb ermənilərin Qarabağı işğalı, işğal əsnasındakı vəhşilikləri olub. Hazırda Türkiyəyə Azərbaycan kimi münasibətlərin normallaşmasından yanadır".