Ermənistan Baş nazirinin sözçüsü Paşinyanın COP29-da iştirakına dair xəbərlərə münasibət bildirib

Ermənistan Baş nazirinin mətbuat katibi Nikol Paşinyanın bu ilin noyabr ayında Azərbaycanda keçiriləcək COP29 tədbirində iştirakı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
APA Ermənistan mediasına istinadən xəbər verir ki, mətbuat katibi Nazeli Baqdasaryan Nikol Paşinyanın COP29-da iştirak etmək üçün Azərbaycan səfər edəcəyinə dair xəbərləri təkzib edib.
“Baş nazir Paşinyanın iş proqramında belə bir səfər planlaşdırılmır”, - mətbuat katibi qeyd edib.