Samir Süleymanov: Bakı COP29 tədbirindən yüksək nəticələr qazanacaq

Bakının COP29-un ev sahibi kimi yaxşı nəticələr əldə etmək imkanları yüksəkdir.

"APA-Economics"in verdiyi xəbərə görə, bunu Bakı Enerji Həftəsi çərçivəsində keçirilən Bakı Enerji Forumunda COP 28 İqlim dəyişmələrin maliyyələşdirilməsi üzrə direktoru Samir Süleymanov çıxışı zamanı deyib.

"COP tədbirinin Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Azərbaycana ötürülməsi yaxşı bir haldır. Həm iqtisadi baxımından, həm də enerjiyə keçid məsələlərinə görə bu ölkələr oxşardır", - o bildirib.