XİN: Aİ-nin Ermənistandakı missiyasının anti-Rusiya, anti-Azərbaycan və anti-İran məqsədləri göz qabağındadır

Moskva həmişə Avropa İttifaqının Ermənistandakı missiyasının fəaliyyəti barədə açıq şəkildə danışıb.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

“Biz dəfələrlə Aİ-nin Ermənistandakı bu yarıhərbi mövcudluğunun qarşıdurma xarakterini vurğulamışıq. Sübut axtarmağa ehtiyac yoxdur - missiyanın anti-Rusiya, anti-Azərbaycan və anti-İran məqsədləri, xüsusən də NATO ölkələri ona qoşulmağa başlayanda göz qabağındadır. Bu cür təşəbbüslərdən regionun sabitliyinin pozulmasından və başqa geosiyasi rəqabət meydanına çevrilməsindən başqa heç nə gözləmək olmaz”, deyə Rusiya XİN sözçüsü vurğulayıb.