Bayden Ukraynaya 225 milyon dollarlıq hərbi yardım ayırıb

ABŞ Prezidenti Co Bayden Ukrayna lideri Vladimir Zelenski ilə görüşdə həmin ölkəyə 225 milyon dollarlıq növbəti hərbi yardım paketini elan edib.
APA-nın CNN-ə istinadən xəbərinə görə, Bayden bildirib ki, yeni yardım paketi ordunun silah-sursat, eləcə də hərbi texnika ilə təchizatına sərf olunacaq.