Zelenski: Ukrayna hərbçiləri Xarkov istiqamətini daha da gücləndirəcək


Ukrayna hərbçiləri Xarkov istiqamətini daha da gücləndirəcək.

AZƏRTAC xəbər verir ki, bu fikri Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində söyləyib.

Zelenski bildirib ki, o, Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski ilə cəbhədəki ümumi vəziyyəti müzakirə edib.

“Çox əhəmiyyətli nəticə odur ki, Rusiya ordusu Xarkov əməliyyatını həyata keçirə bilmədi”, - deyə dövlət başçısı vurğulayıb.

Həmçinin, Sırski, Zelenskinin sözlərinə görə, Donetsk vilayətində istiqamətlər barədə məlumat verib. Bu gün orada vəziyyət çətindir.

“Biz ordumuzu daha çox ehtiyatla təmin etməyə çalışırıq”, - deyə prezident əlavə edib.