NATO Ukraynaya xüsusi nümayəndə göndərir

NATO müttəfiqlərin yardımını koordinasiya etmək üçün Ukraynaya xüsusi nümayəndə göndərmək istəyir.

Axar.az xəbər verir ki, bu barədə “Foreign Policy” jurnalı məlumat yayıb.

Məlumata görə, xüsusi nümayəndə NATO-dan Ukraynaya dəstəyi, xüsusən də müxtəlif Qərb ölkələrindən Kiyevə hərbi yardım axınını əlaqələndirəcək.