ABŞ senatoru Uorren: “Netanyahu humanitar fəlakət yaratdı”

Massaçusetsdən olan ABŞ senatoru Elizabet Uorren İsrailin baş naziri Binyamin Netanyahunun iyulun 24-də Konqresdəki çıxışına qatılmayacağını bəyan edərək, onun "humanitar fəlakət yaratdığını" deyib.

Sherg.az xəbər verir ki, Massaçusetsdən olan ABŞ senatoru Elizabet Uorren jurnalistlərin suallarını belə cavablandırıb.

"Baş nazir Netanyahu humanitar fəlakət yaratdı. O, həmçinin İsrail xalqına və Fələstinlilərə öz millətlərini inkişaf etdirməyə, öz müqəddəratını təyin etməyə və ləyaqətlə yaşamağa imkan verən iki dövlətli həll siyasətini dəstəkləmədiyini açıq şəkildə ifadə etdi. 
Baxın, bizə atəşkəs lazımdır, məhbusları geri qaytarmaq lazımdır". 
Demokrat senator Qəzzada ehtiyac duyulan humanitar yardıma diqqət çəkib.

Elizabet Uorren  həmçinin deyib ki, hər iki tərəf “danışıqlar masasına oturmağa və sülh yolu ilə həll yolu tapmağa” yönəldilməlidir.