Daha bir ölkə İsrailə qarşı iddiaya qoşuldu

Cənubi Afrika Respublikasının Qəzza zolağındakı vəziyyətlə bağlı Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı qaldırdığı iddiaya Kuba da qoşulub.

Axar.az xəbər verir ki, bu barədə Kuba XİN məlumat yayıb.

Kuba XİN-dən bildirilib ki, İsrail tam cəzasızlıq şəraitində və ABŞ hökumətinin razılığı ilə Dördüncü Cenevrə Konvensiyasına uyğun olaraq işğalçı dövlət kimi üzərinə götürdüyü öhdəliklərə məhəl qoymur.