428 illik gizli dosye: I Elizabetin casus şəbəkəsi üzə çıxdı

Casusluğun ustası kimi tanınan Robert  Cecilin tərtib etdiyi siyahı I Elizabetin hakimiyyətinin gizli casus şəbəkəsini ortaya çıxarıb. Tarixçilərin fikrincə, 428 illik məxfi dosye İngiltərənin ilk müntəzəm məxfi xidmətinə işıq salır.

Sherg.az xəbər verir ki, "Kəşfiyyatçıların adları" adlı tək səhifədə casus Robert Cecilin Avropa hökmdarlarına casusluq etmək üçün qurduğu gizli şəbəkənin təfərrüatları verilir.

Tarixçi Stiven Alfordun tapıntılarına görə, 428 illik bu məxfi dosye Cecilin sistemli şəkildə casusluq şəbəkəsini qurduğunu və idarə etdiyini ortaya qoyur. Alford onu da bildirir ki, Cecilin  qurduğu bu məxfi xidmət dövrünün beynəlxalq münasibətlərində mühüm rol oynayıb.

"Bu sənəd İngiltərədə Cecilin  hakimiyyəti dövründə qurulan ilk müntəzəm məxfi xidməti göstərir. Çalışmamızla  Viktoriya arxivçiləri tərəfindən diqqətdən kənarda qalan bu mühüm məlumatı üzə çıxarmağa müvəffəq olduq", - Alford bildirib.

Robert Cecilin rəsmi vəzifəsi I Elizabetin dövlət katibi olsa da, o, 1588-ci ildə İspan Armadasının hücumundan sonra bu gizli casus şəbəkəsi ilə İngiltərənin müdafiəsini gücləndirməyi qarşısına məqsəd qoymuşdu O, casusluq fəaliyyətinə rəhbərlik edirdi.

Alfordun kəşfləri Cecilin dövründə casusluq fəaliyyətinin ciddiliyini və mütəşəkkil xarakterini ortaya qoyur. Bu sənədlər tarixçilərə dövrün beynəlxalq siyasətini başa düşmək üçün yeni perspektiv təklif edir.

Robert Cecilin gizli dosyesinin təfərrüatları tarixçilərin indiyədək diqqətdən kənarda qaldığı mühüm mənbə hesab olunur.