Trampın bu niyyətini ciddi qəbul edirəm - Putin

ABŞ prezidentliyinə namizəd Donald Trampın Ukraynada müharibəyə son qoymaq niyyətini ciddi qəbul edirəm.

Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

“Cənab Trampın prezidentliyə namizəd kimi hazır olduğunu və Ukraynada müharibəni dayandırmaq istədiyini bəyan etməsi biz bunu kifayət qədər ciddi qəbul edirik”, - Putin bildirib.

Rusiya lideri qeyd edib ki, o, bunu necə edəcəyi ilə bağlı mümkün təklifləri ilə tanış deyil:

“Əlbəttə ki, bu, əsas sualdır, amma mən onun bunu səmimi dediyinə şübhə etmirəm”.