Naxçıvanda II və III qruplara imtahanlar keçirildi

Naxçıvanda Dövlət İmtahan Mərkəzi II və III ixtisas qruplarının ikinci mərhələsi üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirib.

Sherg.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında 7 binada keçirilən imtahanda, ümumilikdə, 1889 abituriyent iştirak edib. İmtahanın idarə olunmasına 25 rəhbər, 188 nəzarətçi ayrılıb.

İmtahan saat 10:00-da başlanıb və 3 saat davam edib.