Putin və Lukaşenko İttifaq dövlətinin inkişafını müzakirə ediblər

Rusiya Prezidenti Vladimir Putin və Belarus lideri Aleksandr Lukaşenko ŞƏT-in Astanada keçirilən sammiti çərçivəsində İttifaq dövlətinin inkişafını müzakirə ediblər.

APA xəbər verir ki, bu barədə jurnalistlərə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.

“İttifaq dövlətinin gələcək inkişafı məsələləri müzakirə etmək üçün kifayət qədər vaxt ayrılıb”, - Peskov əlavə edib.