Mahmud Abbas Qəzzanı tələb edir

Qəzza Fələstinin hakimiyyətinin nəzarətinə qayıtmalıdır.

Axar.az xəbər verir ki, bunu Fələstin lideri Mahmud Abbas “RİA Novosti”yə müsahibəsində deyib.

“Qəzzanın idarəsi Fələstin Azadlıq Təşkilatının və qanuni Fələstin hökumətinin nəzarətinə verilməlidir. Biz qəti şəkildə İsrailin bəzi müvəqqəti həll yollarını nəzərdə tutan planlarına qarşıyıq”, - o bildirib.