HƏMAS Haniyənin yerinə yeni lider seçdi

Yəhya əs-Sinvar HƏMAS hərəkatının Siyasi Bürosunun yeni rəhbəri seçilib.

Axar.az xəbər verir ki, bu barədə “RİA Novosti” hərəkatın bəyanatına istinadən məlumat yayıb.

"HƏMAS İslami Müqavimət Hərəkatı öldürülən İsmayıl Haniyənin yerinə Yəhya əs-Sinvarın hərəkatın Siyasi Bürosunun rəhbəri seçildiyini elan edir", - HƏMAS-ın bəyanatında deyilir.

Bundan əvvəl Sinvar Qəzza zolağında hərəkatın lideri olub.

Qeyd edək ki, İsmayıl Haniyə İran Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etdikdən sonra Tehranda qaldığı iqamətgaha iyulun 30-dan 31-nə keçən gecə zərbə endirilməsi nəticəsində ölüb.