Yaponiyada 7,1 bal gücündə zəlzələ: Sunami xəbərdarlığı edilib

Yaponiyanın cənubunda 7,1 bal gücündə zəlzələ baş verib. Zəlzələdən sonra sunami xəbərdarlığı edilib, dalğanın böyüklüyünün bir metrə çata biləcəyi açıqlanıb.

Sherg.az xəbər verir ki,  Zəlzələdən sonra Kyuşu adasında sürətli qatarların hərəkəti dayandırılıb. Sunami dalğalarının ilk olaraq Miyazaki əyalətinə çatdığı bildirilib.

Yaponiya Meteorologiya Agentliyi Yaponiyanın cənubunda 7,1 bal gücündə zəlzələ baş verdiyini açıqlayıb.

NHK-da yer alan xəbərə görə, zəlzələdən sonra Yaponiyanın cənubundakı Kyuşu, Şikoku, Kaqoşima və Ehime bölgələrində sunami xəbərdarlığı edilib.

Sunami dalğalarının Miyazaki əyalətinə çatdığı bildirilib. Miyazakidə hündürlüyü 20 santimetr olan dalğaların müşahidə edilib.