Pezeşkian Mişellə danışdı

İran Prezidenti Məsud Pezeşkianla Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişel arasında telefon danışığı baş tutub.
Axar.az bildirir ki, bu barədə İSNA məlumat yayıb.
Tərəflər İran-Avropa münasibətləri və nüvə proqramı ətrafında müzakirə aparıblar.
Pezeşkian ABŞ-ın Yaxın Şərqdə ikili standartlarla hərəkət etməsinin doğurduğu nəticələrə, Qəzzada müharibəyə diqqət çəkib.