Şoltsdan Pezeşkiana xəbərdarlıq

Almaniya kansleri Olaf Şoltsla İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.

Axar.az xəbər verir ki, bu barədə Almaniya hökumətindən məlumat verilib.

Pezeşkianı hərbi gərginliyin daha da artmasının qarşısını almaq üçün mümkün olan hər şeyi etməyə çağıran Şolts əks halda region ölkələri və xalqları üçün saysız-hesabsız təhlükələrin yaranacağını bildirib.