Əgər Kurskda baş verənlər Putini qane etmirsə… - ABŞ

Vladimir Putin Kursk bölgəsindəki vəziyyətdən bu qədər narahat olursa, Ukraynaya qarşı müharibəni dayandıra bilər.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

Kirbi bildirib ki, Ukrayna ordusunun Kursk bölgəsinə hücumunun guya Qərb tərəfindən koordinasiya edildiyinə dair Rusiya rəsmilərinin son açıqlamaları “Putin təbliğatı”dır:

“Ukraynada döyüşən yeganə insanlar ruslardır. Ukraynanı işğal edən onlardır və Ukrayna özünü təcavüzdən qoruyur. Bu, Putinin Ukraynaya qarşı müharibəsidir. Və əgər nədənsə narahatdırsa, nəsə onu qane etmirsə, o zaman çox sadə həll yolu var: qoy Ukraynanı tərk edib müharibəni dayandırsın”.