Ukrayna Rusiyanın bu vilayətlərinə hücum etdi

Gecə ərzində Rusiya hava hücumundan müdafiə sistemləri 20 PUA məhv ediblər.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, 9 PUA Saratov, 3 PUA Kursk, Belqorod, Bryansk və Tula vilayətlərində hərəsində 2 PUA, Orlov və Ryazan vilayətlərində isə hərəsində 1 PUA zərərsizləşdirilib.