İki nəfər 600 baldan yuxarı toplayan abituriyent ixtisas seçimində cəmi bir ixtisas seçdiyi üçün qəbul olmayıb.
Sherg.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransı zamanı deyib.
O bildirib ki, onlardan biri 1, digəri 3-cü qrupdan olub:
“600 baldan yuxarı bal toplayan bu tələbələr yalnız bir ixtisas, dövlət sifarişli yer seçiblər”.