İranda zəvvarları daşıyan daha bir avtobus aşdı: 28 yaralı

Bu gün Həmədan-Savə magistralında Ərbəin zəvvarlarını daşıyan avtobus aşıb.

Axar.az bildirir ki, bu barədə İran Qızıl Aypara Cəmiyyətinin sədri Pirhüseyn Kolivənd məlumat verib.

“Bu gün səhər saat 04:45 radələrində Ərbəin zəvvarlarını daşıyan avtobus Həmədan-Savə magistral yolunda aşıb. Qəza nəticəsində 28 nəfər yaralanıb”,- məlumatda bildirilib.