İslandiyada buz mağarası turistlərin üzərinə çökdü

İslandiyada buz mağarası turistlərin üzərinə çöküb.
Bu barədə Oxu.Az Gazeta.ru-ya istinadən xəbər verir.
Məlumata görə, hadisə 25 nəfərlik qrup Breydamerkuryökyudl buzlağında bələdçi ilə birlikdə tur gəzintisində olduğu zaman baş verib.

Dörd nəfər buzun altında qalıb ki, onlardan artıq iki nəfəri ağır yaralı halda xilas edilib.

Buzun altında qalan iki nəfərin axtarışları davam edir.

Qəzanın baş verdiyi buzlaq İslandiyanın ən məşhur turistik yerlərindən biri olan Yökyülsaurloun gölünün yaxınlığında yerləşir.