Durovun nədə ittiham olunduğunu bilmirik – Kreml

Kreml Fransada saxlanılan Pavel Durovun konkret nədə ittiham olunduğunu bilmir.
Axar.az xəbər verir ki, bunu Kreml rəsmisi Dmitri Peskov deyib.

“İttihamlar açıqlanana qədər gözləyək. Bundan sonra müəyyən ilkin nəticələr çıxarmaq mümkün olacaq, əgər onlar ümumiyyətlə irəli sürülsə…”, - Peskov bildirib.