Yanğınla bağlı bu yolda məhdudiyyət qoyulub

Nərimanov rayonu, Fətəli Xan Xoyski prospekti ilə Həsənoğlu küçəsinin kəsişməsində binada baş verən yanğınla bağlı yolda məhdudiyyət tətbiq olunub.

Bu barədə Sherg.az-a DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Məlumata görə, məhdudiyyət metronun “Nərimanov” stansiyası istiqamətində yolda tətbiq edilib.