Uber-ə 290 milyon avro cərimə

Hollandiya Uber-i 290 milyon avro cərimələyib.
Bakupost.az xəbər verir ki, Hollandiyanın Məlumatların Mühafizəsi Təşkilatı (DPA) Uber-in Birlik qanunlarını pozaraq sürücü məlumatlarını ABŞ-a ötürdüyünə görə cərimələndiyini açıqlayıb.
Açıqlamada, Uber-in Avropadakı taksi sürücülərinin bank hesabları, taksi lisenziyaları, yerlər, fotoşəkillər, ödəniş məlumatları, şəxsiyyət sənədləri, cinayət və tibbi qeydlər kimi müxtəlif şəxsi məlumatlarının lazımi qaydada qorunmadığı və müvafiq qaydada mühafizə orqanlarına göndərildiyi bildirilib.
Bu səbəbdən Uber 290 milyon avro cərimələnib.
Açıqlamada, Uber-in Avropa mərkəzinin Hollandiyada olduğu və Fransadakı sürücülərin şikayəti ilə araşdırmaya başlanıldığı və şirkətin məlumat ötürülməsinə son verdiyi ifadə edildi.