Milli parklarda hava necə olacaq?

Avqustun 26-dan sentyabrın 2-dək milli parklarda gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə Sherg.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Göygöl milli parkında sabit, əsasən yağmursuz hava şəraiti gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-19°, gündüz 25-29° olacaq.

Şahdağ Milli Parkına səyahət edənləri əsasən yağmursuz hava şəraiti gözləyir. Gecə və səhər saatlarında duman. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-19°, gündüz 28-32° olacaq.

Altıağac Milli Parkına gəlincə, səfalı bölgəyə getmək istəyənləri əsasən yağmursuz hava şəraiti gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-18°, gündüz 22-27° olacaq.

Samur –Yalama Milli Parkında hava şəraiti əsasən yağmursuz olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-23°, gündüz 29-33° olacaq.

Şirvan Milli Parkında sabit, əsasən yağmursuz hava şəraiti gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25°, gündüz 31-36° olacaq.

Ağgöl Milli Parkında isə havanın sabit, yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26°, gündüz 31-36° olacaq.

Qızılağac Milli Parkında səyahətçiləri əsasən yağmursuz hava şəraiti gözləyir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25°, gündüz 29-33° olacaq.

Hirkan milli parkında isə əsasən yağmursuz hava şəraiti gözləyir. Lakin 19-u və 20-də gündüz saatlarında qısamüddıtli az yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25°, gündüz 29-33° olacaq.