Bakıda yataqxanada yanğın olub

Bakının Nərimanov rayonunda yanğın olub.
APA xəbər verir ki, hadisə Əhməd Rəcəbli küçəsində yerləşən yataqxana binasında qeydə alınıb.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğın söndürülüb.