Son vaxtlar baş ağrılarının çoxalmasının səbəbi... -Professordan AÇIQLAMA

Hər ay güclü baş ağrıları ilə həkimə müraciət edənlərin sayı 50% artır. Alimlər miqrenin əsas səbəbini beyində maddələr mübadiləsinin pozulması olaraq dəyərləndirir. Statistikaya görə, tibbin son dərəcə inkişaf etdiyi Amerikada 190 min nəfər miqren xəstəliyindən əziyyət çəkir. Bu xəstəliyə kişilərə nisbətən qadınlarda 3 dəfə daha çox rast gəlinir.
Sual ortaya çıxır. Baş ağrılarının kütləvi şəkildə yayılmasının səbəbi nədir? Problemi necə aradan qaldırmaq olar?

Suallarımızı cavablandıran  professor Adil Qeybulla “Sherg.az”a açıqlamasında deyib ki, Əslində baş ağrısı bir simptomdur:

''Yəni, konkret olaraq bir xəstəlik yox, hansısa xəstəliklərin əlamətidir. Baş ağrısı həm başda, həm də orqanizmdə olan problemlərə bağlı simptomdur. Orqanizmin daxili-xarici zəhərlənməsində və müxtəlif xəstəliklərdə baş ağrıları baş verə bilər. Çünki beyin hüceyrələri çox həssasdır. Damarların spazmı ilə müşayiət olunan prosses beyində ağrılarla muşahidə olunur. Beyində müxtəlif damar xəstəlikləri, miqrendə, baş-beynin və onun qişalarının xəstəliklərində baş ağrıları təbii haldır. Bir sözlə, baş ağrısı bir simptomdur və səbəbi araşdırılmalıdır. Son vaxtlar baş ağrılarının çoxalmasına gəldikdə isə bu istilərlə əlaqəli qan təzyiqinin qalxması ilə bağlıdır. Həmçinin, infeksion xəstəliklərin, karonavirusun davam etməsi baş ağrılarının artmasına səbəb ola bilər.  Baş ağrılarının əslində praktiki sağlam insanlarda da müşahidə edilir. Buna səbəb olan amillər sırasında isə gərgin iş fəaliyyəti, iqlim dəyişkənliyi, istirahətsiz yaşam tərzi, yuxu rejiminin pozulması, zərərli vərdişlər (siqaretdən, spirtli içkilərdən istifadə) dayanır ".