İsrail Livana zərbə endirdi: yaralılar var

İsrail Hərbi Hava Qüvvələrinə məxsus PUA Livanın cənubunda, İsraillə sərhəddən 30 km aralıda yerləşən Hirbet-Silm qəsəbəsinə zərbə endirib, nəticədə 3 nəfər yaralanıb.

Axar.az xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi yanında Fövqəladə Hallar Komitəsinin Teleqram kanalında yerləşdirilmiş məlumatda deyilir.

Bildirilib ki, şəhər kənarında yerləşən bina hədəf alınıb.

Yaralılar tibbi yardım göstərilib.