İran Təhlükəsizlik Şurasının katibi Rusiyada Zəngəzur dəhlizi ilə bağlı danışıqlar aparacaq

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Rusiyaya səfər yola düşüb.

APA xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.

Əli Əkbər Əhmədian BRİCS- ə üzv ölkələrin yüksək vəzifəli təhlükəsizlik rəsmilərinin iclasında iştirak etmək üçün Rusiyaya gedib.

Onun Zəngəzur dəhlizi ilə bağlı Rusiya rəsmiləri ilə ikitərəfli danışıqlar aparması da planlaşdırılır.