Ağ Ev Ukrayna ilə bağlı gizli hesabat təqdim edib - KİV

Co Bayden administrasiyası Ukrayna münaqişəsi ilə bağlı strategiyasına dair ABŞ Konqresinə gizli hesabat təqdim edib.
Axar.az xəbər verir ki, bu barədə “Röyters” mənbələrə istinadla məlumat yayıb.
Bildirilib ki, çoxdan gözlənilən və iyun ayına qədər yekunlaşmalı olan hesabat sentyabrın 9-da qanunvericilərə çatıb və onların hələ onu nəzərdən keçirmək şansı olmayıb.