Hizbullahın rəhbərliyinə Haşim Səfiyuddinin keçəcəyi gözlənilir

Həsan Nəsrullahın əmisi oğlu və Qasım Süleymaninin kürəkəni Haşim Səfiyuddin Hizbullahın rəhbərliyinə keçəcəyi gözlənilən əsas namizədlərdən biridir. 
Sherg.az xəbər verir ki, Livanın tanınmış ailələrindən birinə mənsub olan Safiyuddin gənclik illərində İranın Qum şəhərində dini təhsil alıb və sonralar Nəsrullaha yaxın simalardan birinə çevrilib. 1994-cü ildə Beyruta qayıdıb və Hizbullah İcraiyyə Şurasının sədri vəzifəsində çalışıb.