Ukraynanın müdafiə naziri üç müavininin vəzifəsindən azad olunması üçün vəsatət verib

Ukraynanın müdafiə naziri Rüstem Umerov üç müavininin vəzifəsindən azad olunması üçün vəsatət verib.

APA xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bundan başqa, Umerov Müdafiə Nazirliyinin Dövlət katibinin vəzifəsindən azad olunması üçün də Nazirlər Kabinetinə vəsatət verib.

“Müdafiə nazirinin müavinləri Stanislav Qayder (nazirin ofisinin rəhbəri vəzifəsinə keçirilir), Aleksandr Serqey, Yuriy Cigir və nazirliyin dövlət katibi Lyudmila Daraqanın vəzifəsindən azad olunması üçün Ukrayna Nazirlər Kabinetinə təqdimat imzalamışam”, - deyə mətbuat xidməti Umerovun sözlərini məlumatda təqdim edib.