İran uçuşları bərpa etdi

Tehranın Mehrabad beynəlxalq hava yolları məhdudiyyətlər götürüldükdən sonra uçuşları bərpa edib.

Axar.az xəbər verir ki, bu barədə İLNA agentliyi məlumat yayıb.

Bildirilib ki, Yaxın Şərqdə yaranmış gərginliklə əlaqədar uçuşlara tətbiq edilən məhdudiyyətlər aradan qalxıb.

Qeyd edək ki, İranda oktyabrın 3-ü səhər saatlarınadək bütün istiqamətlərdə uçuşlar təxirə salınmışdı.