Qəzza zolağında HAMAS hökumətinin başçısı Ravhi Muştaha zərərsizləşdirilib.
APA xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.
Ravni Muştaha ilə yanaşı HAMAS-ın digər yüksək rütbəli şəxsi Sameh əs-Sirac, o cümlədən Sami Oudeh də öldürülüb.
Onlara qarşı əməliyyatın üç ay əvvəl keçirildiyi vurğulanıb.