Bu ölkə SEPAH-ı terror təşkilatı elan etdi

Litva parlamenti İran İslam İnqilabı Keşikçilərini (SEPAH) terror təşkilatı elan edib.
Axar.az xəbər verir ki, bu barədə beynəlxalq media məlumat yayıb.
Litva parlamentinin 60 üzvü SEPAH-ın terror təşkilatı elan edilməsinə səs verib.
"SEPAH terror təşkilatıdır və onun fəaliyyəti beynəlxalq sülh və sabitliyə təhlükədir", - parlamentdən bildirilib.