AB institutları Gürcüstan rəhbərliyinin nümayəndələri ilə yüksək səviyyəli görüşləri dayandırmaq qərarına gəlib.
Axar.az xəbər verir ki, bunu AB-nin Gürcüstandakı səfiri Pavel Qerçinski deyib.
“AB olaraq Gürcüstanın hazırkı hökuməti ilə heç bir yüksək səviyyəli təmasda olmamağa qərar verdik. Buna görə də son aylarda Gürcüstana yüksək səviyyəli səfərlər və ya Tiflis hökumətinin nümayəndələri ilə yüksək səviyyəli görüşlər olmayıb”, - o bildirib.