Gözlənilən elan gəldi! İsrail İrandan qisas alacaq

İranın İsrailə qarşı “Doğru vəd 2” əməliyyatından günlər sonra İsraildən başqa bir açıqlama gəldi.
Sherg.az xəbər verir ki,  İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü Daniel Hagari, İranın raket hücumu ilə bağlı verdiyi açıqlamada, “Çərşənbə axşamı günü İranın bir çox ballistik raketləri Nevatim və Tel Nof hava bazalarını vurdu. Müdafiə imkanlarımız və ictimaiyyətin məsuliyyətli davranışı nəticəsində xəsarət alan olmayıb.

İsrailin mərkəzindəki mülki yaşayış məntəqələrində ziyanın olduğunu bildirən Hagari, hava bazalarına atılan raketlərin təyyarələrə dəymədiyini və Hərbi Hava Qüvvələrinin səlahiyyətlərinə zərər vermədiyini bildirib. “Hücumdan dərhal sonra Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Yaxın Şərqdə hücuma keçib və indi də hücumlarını davam etdirir”, - bildirib.

İrandan  qisas alınacağını bildirən Hagari, "İsrailin 200-ə yaxın raket hücumuna siyasi səviyyəyə uyğun olaraq seçdiyimiz üsulla, seçdiyimiz yer və zamanda cavab verəcəyik" dedi.