Hərbçilərin zamanı gəldi: qiyam olacaq - Soskindən şok

Uqledarın itirilməsi səbəbindən Ukraynada hərbi qiyam ola bilər.

Axar.az xəbər verir ki, bunu Ukraynanın keçmiş prezidenti Leonid Kuçmanın müşaviri Oleq Soskin deyib.

"Hərbi qiyam olacaq. Hərbçilərin zamanı gəldi", - o bildirib.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi oktyabrın 3-də Uqledarın ələ keçirildiyini elan edib.