İsrail darmadağın edir: 40 min zərbə, 10 min hədəf…

İsrail ötən il 7 oktyabrda HƏMAS-ın hücumu ilə başlayan müharibənin ildönümündə hesabat yayıb.

Axar.az xəbər verir ki, hesabatda 1 il ərzində 40 000-dən çox hədəfə zərbə endirildiyi, 4 700 tunel və 1 000 raket buraxılış qurğusunun məhv edildiyi bildirilib.

Paralel olaraq Livanda 4900 hədəfin havada, 6000-ə yaxın hədəfin isə yerdə vurulduğu, Hizbullahın 800-dən çox üzvünün öldürüldüyü elan edilib.

Məlumatda vurğulanıb ki, İordan çayının qərb sahilində və İordaniya vadisində 5000-dən çox fələstinli şübhəli həbs edilib, Qəzzada səkkiz fələstinli briqada komandiri, 30-a yaxın batalyon və 165 tağım komandiri zərərsizləşdirilib.

İsrail həmçinin HƏMAS lideri İsmayıl Haniyə, Hizbullah lideri Həsən Nəsrullah da daxil olmaqla, HƏMAS və Hizbullahın rəhbərliyində təmsil olunanların əksəriyyətini aradan götürüb.

İsrailə isə il ərzində 26 mindən çox mərmi, raket və PUA buraxılışı qeydə alıb: onlardan 13,2 mini Qəzza zolağından, 12,4 mini isə Livandan atılıb.

İrandan 400-ə yaxın, Yəməndən 180, Suriyadan isə 60-a yaxın hava hücum vasitələri buraxılıb.