4 il futboldan uzaqlaşdırılan və cəzası 18 aya endirilən Pol Poqbanın "Yuventus"la müqaviləni ləğv etmək üçün danışıqlar apardığı iddia edilirdi. Tərəflər razılaşsa, fransalı futbolçu azad futbolçu statusuna sahib olacaq.
Sherg.az xəbər verir ki, keçən fevralda keçirilən dopinq testlərindən sonra Pol Poqbanın dəyərlərində yüksək səviyyədə testosteron aşkar edilib.
CAS Poqbaya 4 il futboldan qadağa qoysa da, bu yaxınlarda bu cəzanı 18 aya endirdi.
Bu qərardan sonra Pol Poqba 2025-ci ilin mart ayından etibarən meydana qayıda biləcək.
Qeyd olunub ki, "Yuventus"la 2026-cı ilə qədər müqaviləsi olan fransalı futbolçu ilə müqavilənin ləğvi ilə bağlı danışıqlar aparılıb.
Tərəflər ortaq nöqtəyə gələ bilsələr, Pol Poqba Turin komandasını tərk edəcək.
"Yuventus"un heyətində son 2 mövsümdə cəmi 12 matça çıxan Poqba bu matçlarda nə qol, nə də məhsuldar ötürmə verə bildi.